Trampdan Misirdəki nümayişlərə REAKSİYA: “Narahat deyiləm…”

ABŞ prezidenti Donald Tramp Misirdə yenidən vüsət alan etiraz dalğasına münasibət bildirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp bu barədə BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Nyu-Yorkda olan Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşdən əvvəl jurnalislərlə söhbətində danışıb.

O, Sisi haqqında müsbət fikirlər səsləndirərək, Misirdə keçirilən etiraz aksiyalarından narahat olmadığını deyib:

“Sisi vəzifəsinin icrasına başlayanda, ölkədə qarışıqlıq hökm sürürdü, indi isə sabitlikdir.

Hər kəsə qarşı etirazlar olur. Məsələn, dünyadakı ən yaxşı dostunuz Obama əleyhinə də xeyli nümayişlər keçirilmişdi.

Bu məsələdə narahat deyiləm. Misirin hörmətlə qarşılanan möhtəşəm lideri var”.

Qeyd edək ki, ötən həftə Misirin paytaxtı Qahirədə və digər iri şəhərlərdə Sisi əleyhinə etiraz nümayişləri keçirilib. Aksiyaların bu həftəsonu davam etdiriləcəyi bildirilir.

Firuzə Alimova

COP29