ABŞ prezidenti Donald Tramp xarici ölkələrə göstərdikləri yardımların yenidən bölüşdürülməsi barədə sənəd hazırladıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qərarla ABŞ-ın xarici siyasətinə uymayan, əksinə, əks mövqedə olan ölkələrə yardımlar dayandırılır. Bu addım daha çox bəzi Asiya, Afrika, Latın Amerikası ölkələrinə şamil oluna bilər.
Bu qərarlarla yardımların siyasi yox, humanitar mülahizələrə görə göstərilməsini nəzərdə tutan ənənəvi prinsip pozulacaq.
Belə bir addımın mühüm səbəbi isə Rusiya və Çinlə artan geosiyasi rəqabət fonunda yeni müttəfiqlər əldə etmək zərurətidir.