ABŞ Prezidenti Donald Tramp Suriya sahillərində Rusiyanın İl-20 təyyarəsinin vurulması ilə bağlı açıqlama verib.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, o açıqlamasında bildirib:
“Rusiya təyyarəsini Suriya tərəfi qəsdən vurub. 14 nəfər insan həlak olub və bu, ağrılı hadisədir. Ancaq biz Suriyada böyük işlər görmüşük. Regionun İŞİD-dən təmizlənməsinə az qalıb və biz bu işi tezliklə başa çatdıracağıq”.
“Pentaqon tezliklə müttəfiqləri ilə birlikdə İŞİD liderini ələ keçirəcək”, – Tramp qeyd edib.