ABŞ prezidenti Donald Tramp yenə açıqlaması ilə dünya gündəmini fəth edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp amerikalı və çinli rəsmilər arasında aparılan ticarət müzakirələrinin ikinci turu barədə danışıb. NATO-nun baş katibi Stoltenberqlə görüşdən sonra jurnalistlərin suallarını cavablayan ABŞ prezidenti müzakirələrin uğurlu nəticə verəcəyinə şübhə etdiyini bildirib:
“Müzakirələr uğurlu olacaqmı? Düzü, buna şübhə ilə yanaşıram. Çünki Çin yaman özündən çıxıb. Avropa İttifaqı da həmçinin. Elə digər ölkələr də… Çünki ABŞ-dan nə istəyiblərsə, hər zaman əldə ediblər. Bu, daha belə davam edə bilməz”.
Tramp daha da irəli gedərək bildirib ki, Çin illərdir ABŞ-ı aldadır, bunun günahı isə amerikalı rəsmilərdədir.
Xatırladaq ki, 2016-cı ildə iki ölkə arasındakı ticarətin həcmində 347 milyard dollarlıq kəsr yaranmışdı.