Trampdan şok açıqlama: “Bizi İranla müharibəyə məcbur edən güclər var”

ABŞ prezidenti Donald Tramp şok açıqlama ilə yadda qalıb.

Yenicag.az xəbər verir ki, ABŞ-ın “FOX” televiziyasına danışan Tramp İranla son günlərdə aralarında yaşanan gərginliklə bağlı maraqlı açıqlamalar verib.

ABŞ prezidentinin sözlərinə görə, bəzi hərbi industrial güclər onları İranla müharibə etməyə məcbur edir: “Özümüzü aldatmayaq. Dünyada hər zaman müharibələr və qaynar nöqtələrin olmasını istəyən bəzi güclər var. Onlar bizi İranla müharibəyə də vadar etmək istəyirlər”.

Qeyd edək ki, İranın nüvə proqramıyla bağlı 2015-ci ildə qəbul etdiyi qərarın bir çox müddəasını təxirə salmasından sonra iki ölkə arasında vəziyyət gərginləşib. ABŞ bir çox hərbi texnikasını və canlı qüvvəsini Yaxın Şərqə yerləşdirib.