Trampdan şok İDDİA: “Onun dediklərini ciddi qəbul etmək olmaz”

“Dünya üçüncü ən böyük müharibənin içindədir”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də prezident seçkilərində namizəd olan Donald Trampın Üçüncü Dünya müharibəsini dayandıracağı ilə bağlı iddiasını şərh edən politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Trampın iddiasına gücünün çatıb-çatmayacağı sual altındadır.
“Çünki onu hakimiyyətə gətirənlər də hansısa məqsəd üçün bunu edir. Yəni Üçüncü Dünya müharibəsinin qarşısını almaq yox, ABŞ-nin maraqlarını təmin etmək lazımdır. Bu isə Üçüncü Dünya müharibəsinin daha geniş miqyasa keçirilməsi ilə mümkündür”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, faktiki olaraq, dünya üçüncü ən böyük müharibənin içindədir.
“İsrail-Həmas, Rusiya-Ukrayna müharibələri isə onun elementləridir. Nəticə etibarilə ABŞ-nin borcları sıfırlanmalıdır. Bu isə yalnız münaqişələri geniş miqyasa yaymaq ilə mümkün ola bilər. Bir sözlə, yeni mərhələ mütləqdir. Çin-Tayvan arasında da münaqişənin gərginləşməsi ehtimalı yüksəkdir. Yekun olaraq, Trampın bu kimi iddialarını ciddi qəbul etmək olmaz”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29