Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Trampdan Türkiyə əleyhinə növbəti addım - “F-35” qalmaqalı

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yeni büdcə ilk növbədə hərbçilərin sayının artırılmasına yönəlib. Onların sayı təqribən 16 min nəfər artacaq.

Bundan əlavə, hərbçilərin pul təminatı 2,6 faiz artırılacaq. Sənəd Ukraynaya hərbi yardım göstərilməsi, həmçinin hərbi sahədə Rusiyaya müqavimət göstərməyə yönəlmiş bir sıra tədbirlərin davam etdirilməsini nəzərdə tutur.

ABŞ prezidentinin ən diqqətçəkən qərarlarından biri isə bu ölkənin Türkiyəyə satmalı olduğu F-35 qırıcılarının təslimatının müvəqqəti dayandırılması barədə əmr imzalamasıdır. Tramp bu qərarı ilə iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirib. Maraqlıdır ki, bu qərar qanunsuzdur. Çünki Türkiyə F-35 məsələsində müştəri deyil, proyekt ortağıdır və belə bir qərar yolverilməzdir. Rəsmi Vaşinqton bununla Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini almasına qarşı çıxdığını gizlətmir.

Loading...

www.yenicag.az

8272
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100