Trampı ilk təbrik edən prezident o oldu

Без названия (3)Rusiya prezidenti Vladimir Putin yeni seçilən ABŞ prezidenti Donald Trampa qələbə münasibəti ilə təbrik teleqramı göndərib.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd edək ki, bu gün ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb.

Donald Tramp son olaraq Viskonsin ştatında da qalib gələrək seçənlər kollegiyasının bu ştat üzrə 10 səsini alıb. Bununla da Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.

1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Tramp ABŞ tarixində ən yaşlı prezident olacaq. “Forbes” jurnalının 2016-cı ildə “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Donald Trampın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir.