Sui-qəsd cəhdindən sonra təhlükəsizlik yoxlaması aparıldığı üçün Donald Trampın seçki qərargahına bazar günü Vaşinqton və Vest Palm-Biçdəki ofislərə baş çəkməmək tapşırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Vaşinqton Tayms” məlumat yayıb.
“Donald Trampın komandasının baş məsləhətçiləri əməkdaşlara bazar günü Vaşinqton və Vest Palm Biçdəki ofislərə getməməyi tapşırıb. Çünki hər iki yerdə sui-qəsdlə bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.