!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın Ağ Evi qarışdıran yeni eşq məcarası - FOTO

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki bir ili ilə bağlı yazdığı “Qəzəb və Hiddət” kitabı ilə məşhurlaşan jurnalist Mixail Volff yeni iddialar ortaya atıb. Yenicag.az xəbər verir ki, yazar bir televiziya proqramında kitabını diqqətli oxuyanların Trampın bir qadınla qeyri-qanuni əlaqəsini “kəşf edəcəklər”ini söyləyib. 

Kitabın ardından böyük səs-küyə sahib bu iddia iki nəfəri diqqət mərkəzinə gətirib: Trampın ictimaiyyətlə əlaqələr üzrə direktoru Hope Hicks və ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Haley.

Heç vaxt Trampla baş-başa qalmadığını bildirən Haley bu iddiaları rədd edib. Yazarın onun Trampın xələfi ola bilmə ehtimalı və başqanla uzun vaxtlar keçirdiyinə dair iddiasına “Trampın təyyarəsinə bir dəfə minmişəm və onunla olarkən, otaqda həmişə başqaları da olub”.

Haley bu iddiaların Trampın cəsarətli çıxışlarından narahat olanlar tərəfindən ortaya atıldığından əmin olduğunu da sözlərinə əlavə edib.

www.yenicag.az

4476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv