!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın Ali Məhkəmə sədrliyinə namizədi zorlamada ittiham olunur

!Reklam – Yazi

ABŞ Ali Məhkəməsinin sədrliyinə namizədliyi təqdim olunan Brett Kavanonun 30 il əvvəlki cinayəti üzə çıxarılıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ali Məhkəmə sədrliyinə təqdim etdiyi və təbliğatını apardığı Brett Kavanonun namizədliyi ABŞ Senatında dalana dirənib.

Məlumata görə, Senat Kavanonun namizədliyinin müzakirəsini artıq iki dəfə ertələyib. Daha sonra isə bildirildi ki, Kavano Senatda onun tərəfindən zorlandığını iddia edən universitet professoru olan Kristin Bleysi Ford adlı qadınla üzləşdiriləcək.

Fordun iddiasına əsasən, həmin hadisə 1982-ci ildə – qadının 15 yaşı olanda baş verib. Professorun dediyinə görə, o, həmin gün yaşıdları ilə Vaşinqtona yaxın Monthomeri dairəsindəki evdə təşkil edilən əyləncəli gecəyə qatılıb və valideynlərin olmadığı şəraitdə xeyli pivə içiblər.

Ford bildirib ki, həmin gecə sərxoş olan Kavano onu yataq otağına aparıb və zorlamağa cəhd edib. Bu zaman otaqda olan Brettin dostu Mark isə musiqinin səsinin artırıb. Lakin onların əlindən qaça bilən Ford vanna otağına girərək qapını bağlayıb. Daha sonra isə evi tərk edib.

Hazırda Fordun bu iddiası üzrə araşdırmalar davam etdirilir.

www.yenicag.az

1719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv