Trampın bəyanatları FİASKOYA UĞRAYIR: “Hazırkı aktivlik Kiyevin şəxsi təşəbbüsü ilə bağlıdır”

“Sözügedən amil Qərb üçün vacib məqamdır. Ona görə də müharibədə hazırkı aktivlik Ukraynanın şəxsi təşəbbüsü ilə bağlıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.

Rusiya-Ukrayna müharibəsi fonunda müşahidə edilən aktivliyin münaqişənin taleyinə təsirindən danışan analitikin sözlərinə görə, son günlər müharibədə hiss edilən artan bu fəallığı bir neçə istiqamətdə şərh etmək olar:

“İlk olaraq, ABŞ prezidenti Donald Trampın vədlərini nəzərə almaq lazımdır. O, müharibəni tezliklə dayandıracağı barədə bəyanatlar səsləndirirdi. Eyni zamanda, hər iki tərəf üçün gözlənilməyən təkliflərlə çıxış etdi. Bu isə ABŞ-dən başqa heç kəsə sərf etmir. Yəni, əgər danışıqlar baş tutarsa, Ukrayna həmin dövrə kimi əlini gücləndirmək istəyir”.

“Digər aspektdən qiymətləndirdikdə isə Ukrayna göstərmək istəyir ki, həqiqətən də Qərbin maliyyə və hərbi dəstəyi işə yarayır. Sözügedən amil Qərb üçün vacib məqamdır. Ona görə də müharibədə hazırkı aktivlik Kiyevin şəxsi təşəbbüsü ilə bağlıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli