Trampın bir zəngi ilə rubl bahalaşdı

Birjadankənar valyuta bazarında 1 dollar 90 rubldan da aşağı düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə ticarət məlumatlarında qeyd olunub.

Bildirilib ki, hazırda dollar 89,5, avro isə 95.6 rubla qədər ucuzlaşıb.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutmuşdu.