!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın Colan təxribatı: Yaxın Şərqi nə gözləyir?

!Reklam – Yazi

“Rusiya İsrailin Yaxın Şərqdə işğalçılıq siyasəti yürütməsinə mane olmayacaq”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində ABŞ prezidenti Donald Trampın Colan təpələrini İsrail ərazisi kimi tanımasından sonra proseslərin mümkün inkişafını dəyərləndirən Türkiyəli politoloq Sabir Əsgəroğlu deyib.

– ABŞ prezidenti Donald Trampın Colan təpələrinin işğalını rəsmən tanıması regiondakı kövrək hərbi-siyasi duruma necə təsir göstərəcək?

– Aydındır ki, bu addımdan sonra sionist rejim özünü daha da cəzasız hiss edəcək və gələcəkdə də başqa dövlətlərin əraziləri hesabına öz ərazilərini genişləndirməyə şirniklənəcək. Bu məsələdə Suriya uduzdu – o, məğlub tərəfdir. Bu, əlbəttə ki, başqa dövlətlərə qarşı ərazi iddiaları olan dünyanın və regionun başqa ölkələri üçün də çox pis nümunədir. ABŞ-ın bu addımı dünyada, ilk növbədə isə Yaxın Şərqdə sürətlə silahlanma prosesini daha da genişləndirəcək. Ölkələr öz ərazilərini itirmək təhdidi altında öz ordularının döyüş qabiliyyətini artırmağa çalışacaqlar. Bu isə yeni potensial münaqişə ocaqlarının yaranması deməkdir.

– Suriyadakı vətəndaş müharibəsində Rusiya Əsəd rejimini dəstəkləyirdi. Trampın bu addımı Rusiyanın Suriya siyasətinə necə təsir göstərəcək?

– Rusiya Trampın Colan qərarını rəsmən pisləsə də, vəziyyətlə tədricən barışacaq. Digər tərəfdən, Trampın məlum qərarı Krımı ilhaq etmiş Moskvaya sərf edir. Bundan sonra Kremlin xarici siyasəti Krımın işğalını beynəlxalq aləmdə legitimləşdirməyə yönələcək.

– Rusiya Krımın ilhaqına qanuni don geyindirə bilməsə, Əsədə Colan təpələrinin qaytarılmasında yardım göstərə bilər?

– Rusiyanın İsraillə münasibətləri daha yaxındır, nəinki Suriya ilə. Təyyarənin vurulmasından sonra Putin Netanyahunu Moskvaya dəvət etdi və onlar Yaxın Şərq üzrə İşçi Qrup yaradılmasında razılığa gəldilər. Ona görə də Rusiya İsrailin Yaxın Şərqdə işğalçılıq siyasəti yürütməsinə mane olmayacaq.

Qafqaz Ömərov

www.yenicag.az

2875
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv