Trampın “Evdə tək” macərası: “Zorla kadra girdi” – Filmin operatoru / VİDEO

“Evdə tək 2” filminin operatoru Culio Makat Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın filmdə epizodik rol alması ilə bağlı maraqlı açıqlama verib.

Yenicag.az xəbər verir ki Culio Makat çəkiliş qrupunun Trampın otelində qaldığını, Trampın isə oteldə çəkiliş üçün puldan əlavə filmdə rol istədiyini bildirib.

“Tramp oteldən istifadə etməyimizi qəbul etdi. Ödənişi etdik. Amma filmdə özünün də çəkilməsi şərtini qoydu. Əlbəttə ki, “hə” dedik. Çünki çəkilişi onun otelində edirdik. Səhnədə üzü yaxşı görünsün deyə kameraya tərəf döndüyünü görə bilərsiniz.”, – Culio Makat bildirib.

Qeyd edək ki, 1992-ci ildə çəkilən filmdə Tramp özünü canlandırır.

Kiçik bir epizodda o, baş qəhrəmana – itmiş oğlan Kevinə kömək edir – ona otel holluna necə getməyi izah edir.

Bütün epizod təxminən 10 saniyə davam edir.