!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın “Facebook” və “Instagram”a giriş qadağası ARADAN QALDIRILDI: “Onun hesabları ictimaiyyət üçün...”

!Reklam – Yazi

Meta tərəfindən Donald Trampın “Facebook” və “Instagram”a qayıtmasına icazə verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Metanın qlobal məsələlər üzrə Prezidenti Nik Kleq açıqlama verib.

O bildirib ki, ictimaiyyət siyasətçilərin dediklərini eşitməlidir, buna görə də onun giriş qadağası aradan qaldırılıb.

“Meta”şirkəti araşdırma nəticəsində Trampın hesablarının artıq ictimai təhlükəsizlik üçün ciddi risk təşkil etmədiyini müəyyən edib. Respublikaçılar da gələn il yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşdığı üçün D. Trampın “Facebook”a qayıtmasına icazə verilməsini tələb edib.

Donald Trampın giriş qadağasının aradan götürülməsi xəbəri demokratlar və bəzi aktivist təşkilatlar tərəfindən dərhal tənqid edilib. Lakin ABŞ-də vətəndaş hüquqlarını müdafiə edən qeyri-kommersiya təşkilatı olan Amerika Vətəndaş Azadlıqları Birliyi qərarın “doğru çağırış” olduğu barədə paylaşım edib.

Sabiq prezident yenidən bu platformalara qayıdıb-qayıtmayacağı ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, ABŞ-nin sabiq prezidenti Donald Tramp 2021-ci ildə Kapitol iğtişaşlarından sonra “Facebook” və “Instagram”dan qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv