ABŞ prezidenti Donald Trampın oğlu Vanesin həyat yoldaşı xəstəxanaya yerləşdirilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, onun içində naməlum ağ tozun olduğu zərfi açması təlaşa səbəb olub. Məhz bundan sonra Trampın gəlini təcili xəstəxanaya çatdırılıb. Qadın yoluxmaya qarşı dezinfeksiya prosedurundan keçirilib.
Nyu-York polisindən verilən məlumata görə, həmin zərf Trampın oğlunun evinə çatdırılıb. Hazırda yerli polis və Məxfi xidmət hadisə ilə bağlı təhqiqat aparır.