ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp böyrəklərindən əməliyyat olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 48 yaşlı “first lady”nin böyrəklərində xoşxassəli şiş olub. Əməliyyat uğurlu keçib.
Tramp xəstəxanada olan həyat yoldaşını ziyarət edib.