Trampın həyat yoldaşının çılpaq şəkilləri yayıldı – Fotolar

1459141742-3-34ABŞ-da prezidentliyə namizəd Donald Trampın həyat yoldaşının açıq-saçıq fotoları ortaya çıxıb.

İş adamının həyat yoldaşı Melaniyanın çılpaq şəkilləri sosial şəbəkələrdə qısa zamanda yayılaraq hər kəsin diqqətini çəkib. Amerikalılar bu şəklin altına “ABŞ-ın yeni birinci xanımı ilə tanış olun”, “Trampın həyat yoldaşı budur” kimi ifadələr qeyd ediblər.

Baku.ws-in yazdığına görə, qərb KİV-i hesab edir ki, Melaniyanın çılpaq şəkillərinin yayılması Trampın prezident seçkilərindəki bir nömrəli rəqibi – senator Kruzun tərəfdarlarının işidir. Bu addım mediamaqnatanın qəzəblənməsinə səbəb olub. Donald Tramp Twitter-də öz opponentinə cavab verib. Milyarder, Kruzu yalançı adlandırıb və senatoru arvadının bütün sirlərini açmaqla hədələyib.

Xatırladaq ki, yayılan şəkillər 2000-ci ildə çəkilib. Meloniya “GQ” jurnalı üçün kamerasına keçərək bu pozları verib. O zaman Melaniya model işləyirdi. Melaniya və Donald Tramp 1999-cu ildə tanış olub. 6 il sonra onlar evləniblər. Onların toy mərasimi mətbuatda geniş işıqlandırılıb. Cütlüyün 2006-cı ildə Berron Uilyam Tramp adlı oğlan uşaqları dünyaya gəlib.