!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın immiqrasiya siyasəti dolları ucuzlaşdırır, qızılı bahalaşdırır

!Reklam – Yazi

 

 

ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasəti ilə bağlı investorların təhlükəsiz aktivlərə qaçışı davam edir.

Yenicag.Az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın 1 unsiyasının qiyməti 7,2 dollar artaraq 1203,2 dollara çatıb. Gümüşün 1 unsiyası isə 0,31% bahalaşaraq 17,21 dollar təşkil edib.

“Trampın son qərarları, xüsusilə immiqrasiya siyasəti qızıla qısamüddətli dəstək verməkdədir”, – deyə “OM Financial” treyder şirkətinin ekspertləri qeyd edib.

Xatırladaq ki, ötən həftənin cümə günü D. Tramp “ABŞ-ın xarici terroristlərin ölkəyə girişindən qorunması” haqqında fərman imzalayıb. Fərmana əsasən, İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Somali vətəndaşlarının ABŞ-a girişi 90 gün ərazində qadağan olunur. Bununla yanaşı, ABŞ 120 gün ərzində qaçqınların qəbulunu dayandırıb.

Bu qərar investorları narahat edib. Onlar hesab edir ki, Trampın siyasətindəki gözlənilməz addımlar davam edə bilər. Bunun fonunda təhlükəsiz aktivlərə tələbat artıb. Beləliklə, investorlar qiymətli daşlara, xüsusilə qızıla yatırımları artırır.

Əlavə olaraq qızıla dolların ucuzlaşması dəyər qazandırır. Hazırda dolların indeksi 0,04% azalaraq 100,33 bənd səviyyəsində qərarlaşıb.

Yenicag.Az

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv