!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Trampın istefaya getmək ehtimalı var” – Politoloq

!Reklam – Yazi

“ABŞ prezidentinə qarşı yaranmış daxili cəbhədə demokratlarla yanaşı, respublikaçılar da yer alır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın siyasi elitasına daxil olan güclü fiqurların prezident Donald Trampın istefasına nail olmaq cəhdlərini şərh edən Postsovet ölkələri üzrə Araşdırma Mərkəzinin eksperti, Rusiyalı politoloq Fərhad İbrahimov deyib.

Fərhad İbrahimovun qənaətinə görə, indiki vəziyyətdə Trampa qarşı impiçment prosedurunun nəticə verəcəyi inandırıcı olmasa da, prezidentin özünün istefa verməsi ehtimalı mövcuddur:
“Qeyd olunmalıdır ki, hazırda Trampa qarşı çıxanlar əsasən, onun prezident seçilməsi ilə hələ də barışmayan demokratlardır. Eyni zamanda, ABŞ xarici siyasətinin “qırğı”ları sayılan nüfuzlu şəxslər də Trampın siyasətindən çox narazıdırlar. Onların fikrincə, Tramp Rusiyaya qarşı siyasətdə yetərincə sərt mövqe tutmur.

O baxımdan, Trampa qarşı hansı lobbilərin cəbhələşdiyini konkretləşdirmək çətindir. Ancaq aydın olan budur ki, ABŞ prezidentinə qarşı yaranmış daxili cəbhədə demokratlarla yanaşı, respublikaçılar da yer alır.

İndiki şəraitdə Trampın özünün istefa vermək ehtimalı olsa da, bunu impiçment haqqında demək olmaz. Çünki hətta respublikaçılar arasında Trampın əleyhdarları az olmasa da, hakim partiyanın Konqresdə – Senat və Nümayəndələr Palatasında – çoxluğa malik olması impiçmentin baş tutmayacağını söyləməyə əsas verir.

Eyni zamanda, ABŞ iqtisadiyyatında müəyyən uğurların qazanılması, işsizlik göstəricisinin son 17 ildə ən aşağı həddə düşməsi və inflyasiyanın azalması Trampın aktivinə yazılan məqamlardır”

www.yenicag.az

2186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv