ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşnerin ailəsinə məxsus daşınmaz əmlak şirkəti tikinti işlərinin həyata keçirilməsi üçün sənədləri saxtalaşdırdığına görə 210 min dollar cərimələnib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York Daşınmaz Əmlak Departamanti onlara təqdim edilən ərizədə 42 pozuntu halı aşkarlayıb. Belə ki, Kuşnerin şirkəti sənədlərdə onlara məxsus evlərdə yaşayış olmadığını qeyd edib və ya müqavilələrdə kirayə ödənişi barədə maddə olmadığını göstərib.