Trampın MASK BƏLASI: “Onların 4 il birlikdə məsafə qət edəcəklərinə şübhə ilə yanaşıram”

“Necə ki, iki qoçun başı bir qazanda qaynamaz, Donald Trampla İlon Maskın da 4 il birlikdə məsafə qət edəcəklərinə şübhə ilə yanaşıram”.

Yenicag.az xəbər verir ki, bunu AB-nin 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayan Donald Trampın milyarder İlon Maskla əməkdaşlığı barədə fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Tramp və Maskın hər iksi reklamı və piarı, o cümlədən diqqət mərkəzində olmağı xoşlayır:

“Tramp hələlik Maska dözür, ona administrasiyada xüsusi səlahiyyəti olmayan vəzifə də verib. Ancaq İlon Mask vəzifəyə sığmayan birisidir, adam enerji daşıyıcısıdır, belə olmasaydı, gənclik illərindən başlayaraq müxtəlif layihələrin müəllifi olmazdı. Donald Trampın dünənki andiçmə mərasimində İlon Maskın darıxdığı açıq müşahidə edilirdi, təntənəli mərasimlər və uzun niqtlər onluq deyil. İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər. Maskın Çinlə ortaq layihələri mövcuddur, Rubio isə Çinə qarşı ən sərt qərarların qəbulunun tərəfdarıdır”.