ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlər üçün hər il keçirilən ənənəvi yeni il gecəsini ləğv edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Trampın bu qərarına səbəb ABŞ-ın əsas informasiya agentlikləri və digər KİV-lərlə münasibətlərinin gərginləşməsi olub.
Qeyd edək ki, Donald Tramp və həyat yoldaşı 2017-ci ildə eyni tədbirdə iştirak edib, lakin onlar fotoşəkil çəkdirmə mərasiminə qatılmayıb.
Yayılan xəbərlərlə bağlı rəsmi “Ağ Ev” hələlik heç bir açıqlama verməyib.