!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın müsəlmanlara münasibəti dəyişməyib

!Reklam – Yazi

trumpYeniçağ.Az türk mətbuatına istinadən xəbər verir ki, Donald Tramp Florida ştatında media nümayəndələrinin suallarını cavablandırıb.

D.Trampa seçkiöncəsi çıxışlarında müsəlmanların ölkəyə girişinin müvəqqəti olaraq məhdudlaşdırılması təklifi ilə bağlı sual verilib. ABŞ-ın yeni seçilmiş prezidenti Almaniya və Türkiyədə baş verən terror hadisələrini xatırladaraq, bu proseslərin onu haqlı çıxartdığını söyləyib. D.Tramp Almaniyada baş verən terror hadisəsinin “bəşəriyyətə yönəlmiş hücum” olduğunu qeyd edib. O, keçən həftənin bazar ertəsi isə eyni hadisəni “xristianlara yönəlmiş hücum” adlandırmışdı. Xatırladaq ki, keçən ilin dekabr ayında Tramp Paris və San-Bernardino şəhərlərində törədilmiş terror aktlarından sonra müsəlmanların ABŞ-a gəlişinin əvvəlcə tamamilə dayandırılmasını, sonrakı açıqlamalarda isə onların daha ciddi yoxlanılmasının vacib olduğunu demişdi.

Yeniçağ.az

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv