!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın namizədi: “SSRİ-ni dağıtdım, indi də Avropa İttifaqını...”

!Reklam – Yazi

ABŞ-ın Avropa İttifaqındakı (Aİ) nümayəndəsi vəzifəsinə namizəd olan iqtisadçı Ted Mallonun Yunanıstanla bağlı səsləndirdiyi fikirlər prezident Donald Trampın Avropanı “ram etmək” niyyətinin təsdiqi kimi qiymətləndirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Trampın Aİ-də nümayəndəsi olacaq professor Ted Mallo “Bloomberg” telekanalına müsahibəsində Yunanıstanın Aİ-dən çıxmasının məqsədəuyğun olduğunu deyib. Aİ ilə bağlı bir sıra tənqidi fikirləri ilə gündəmə gələn Mallo bildirib ki, Yunanıstanın avro zonasından və İttifaqdan çıxması üçün əsaslı səbəblər mövcuddur:

“Yunanların yerinə danışmaq istəmirəm, ancaq bir iqtisadçı olaraq, Yunanıstanın avrodan imtina etməsini şərtləndirəcək amillər var”.

Xatırladaq ki, ABŞ və Aİ iqtisadi problemlər içində olan Yunanıstanın 7 il əvvəl qəbul etdiyi “kəmərsıxma” zərfinin şərtlərini yerinə yetirməsi üçün Afinanı ciddi təzyiq altında saxlayır. Xüsusilə, Almaniya Yunanıstana qarşı hər hansı əlavə güzəştlərin qəbul edilməsinə qarşı çıxır.

Mallo isə daha əvvəl də avronun qarşıdakı 1-2 il ərzində çökəcəyini söyləməklə, Aİ rəhbərliyini qəzəbləndirmişdi. Tanınmış iqtisadçı özünün SSRİ-nin süqutundakı iştirakını xatırladaraq, Aİ-nin çökməsinə də təsir göstərə biləcəyini deyib:

“Sovet İttifaqının dağılması prosesində iştirak üçün diplomatik vəzifəm vardı. İndi isə “əhliləşməyə” ehtiyacı olan başqa bir ittifaq var”.

Professorun bu açıqlamalarından narahat olan Aİ rəhbərliyi onun “neytrallaşdırılmasına” çalışır. Aİ Komissiyasının sədri Jan-Klod Yunker artıq ABŞ prezidenti Trampa məktub göndərərək, Mallonun səfir təyin olunmamasını xahiş edib. Lakin Trampın bu xahişi nəzərə alacağı heç də inandırıcı görünmür.

Yeniçağ.Az

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv