Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Trampın oğlu atası barədə: "O, bircə "yaşıl"ı görür"  

Erik Tramp seçki kampaniyasının başladığı ilk gündən indiyə qədər irqçilikdə təqsirləndirilən atası Donald Tramp barədə açıqlama verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin ikinci oğlu Erik Tramp “Fox&Friends” adlı verilişə qatılıb. Atasının irqçi olduğu barədə iddiaları cəfəngiyyat adlandıran Erikin dediyi sözlər izləyicilərin böyük marağına səbəb olub:

“Mənim atam tək bir rəng görür: yaşıl. Vecinə aldığı tək şey budur. Onun üçün sadəcə iqtisadiyyat əhəmiyyətə malikdir. O, irqə fikir verən deyil, aydındırmı?”

Həmçinin, Erik Tramp muxalifətin atasını “şeytan” kimi qələmə verdiyini bildirib.

Qeyd edək ki, Erikin atası barədə dediyi sözlər sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. İstifadəçilər çoxlu sayda qurbağa şəkilləri paylaşaraq öz reaksiyalarını bildiriblər.

www.yenicag.az

1282
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM