!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın ortağından 5 milyon dollarlıq hind toyu - FOTOLAR  

!Reklam – Yazi

Hindistanın ən məşhur iş adamlarından olan, daşınmaz əmlak şirkəti M3M Qrupun rəhbəri Basant Bansal oğluna toy edib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Donald Trampın oğlu Jr. Trampın ortağı olan Bansal toy mərasimi üçün Türkiyənin Bodrum bölgəsini seçib. 4 gün 4 gecə davam edəcək toy ümumlikdə 5 milyon dollara başa gəlib. Toya dəvət olunan 400 qonaq 3 təyyarə və 15 şəxsi jet ilə Bodruma gəlib. Onların qalması üçün 2 lüks otel tutulub.

Piyuş Bansal və Divya Aggarval cütlüyünün xına gecəsi ənənəvi tərzdə “Rixos Premium Bodrum”da keçirilib.

Qonaqların bölgəni gəzməsi üçün ümumilikdə 60 avtomobil kiralanıb.

www.yenicag.az

5311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv