“Tramp gəldi və müharibə dayandı” kimi proseslərin baş verməsi qeyri-mümkündür”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin yeni prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı atacağı addımlardan danışan politoloq Sabir Məmmədli deyib.
Onun sözlərinə görə, Trampın açıqlamaları hər zaman ziddiyyətli və şou xarakterli olub.
“İstər Rusiya-Ukrayna, istərsə də Yaxın Şərqlə bağlı onun bəyanatları hesablanmamış və təhlil edilməmiş formada səsləndirilir. Sözügedən müharibədə ABŞ Ukraynaya yardımları ilə kifayət qədər gəlir əldə etdi. Bu səbəbdən, “Tramp gəldi və müharibə dayandı” kimi proses qeyri-mümkündür. Əlavə olaraq, ABŞ-nin oturuşmuş mövqeyi var. Kiminsə gəlişi ilə bu, qısa müddətdə dəyişə bilməz”, – deyə o bildirib.
Ətraflı tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov