Trampın QIZIL BAZARINA TƏSİRİ: “Belə davam etsə, Azərbaycanda da…”

 

Dünya bazarında qızıl yenidən bahalaşıb. Nyu-Yorkun COMEX əmtəə birjasında bu qiymətli metalın bir troya unsiyasının qiyməti 0,17% artaraq 2 471,9 ABŞ dollarına bərabər olub.

İqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bahalaşmanın Azərbaycanın qızıl bazarına təsirlərini şərh edib.

O, bahalaşmanın davam edəcəyini və aşağı əyarlı qızallara tələbatın daha da artacağını proqnozlaşdırır:

“Donald Trampın qalib gəlmə şanslarının yüksəlməsi qızılın dünya bazarında bahalaşmasına təsir göstərdi. Çünki Tramp və onun komandası federal rezerv sistemindən uçot dərəcəsini, faizləri aşağı çəkməyi tələb edir. Faizlər aşağı düşdükcə bol likvidilk baş verə bilər ki, həmin vəsaitin də bir hissəsi qızıla gedəcək.

İkincisi, dünyada baş verən geosiyasi gərginlik fonunda qızıl həmişə güvənli liman rolunu oynayır və son vaxtlar gərginliyin artması qızıla olan tələbatı da artırır.

Azərbaycan idxaldan ciddi şəkildə asılı ölkə olduğuna görə dünya bazarında qiymət artan kimi, Azərbaycanda da qiymət artır və son zamanlar ölkə bazarında bunu hiss edirik. Amma Azərbaycanın öz spesifik xüsusiyyətləri də var. Yəni toy mövsümlərində daha çox qızıl məmulatlarının bahalaşdığını görürük. Əgər qızılın artım tempi indiki şəraitdə davam edəcəksə, bu zaman aşağı ayarlı qızıllara tələbat artacaq ki, vətəndaşlar öz tələbatını bu qızıllar vasitəsi ilə ödəyə bilsinlər. Çünki yuxarı əyar qızılların qiyməti daha yüksək olacaq”.

Cəvahir

COP29