!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın qızının rekord gəliri etirazlara səbəb oldu

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və həyat yoldaşı Kuşnerin illik qazancı məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Washington Post” yayıb.

İvanka-Kuşner cütlüyünün ötən ildə əldə etdiyi gəlirin ən azı 82 milyon dollar olduğu bildirilib. Onların hər ikisinin Ağ Evdə vəzifədə olması isə əhalinin narazılığına səbəb olub.

Bəzi QHT-lər onların Ağ Evdəki vəzifələrindən sui-istifadə etdiklərini iddia etsələr də, cütlük siyasi fəaliyyətlərinə görə maaşdan rəsmi şəkildə imtina edib. Bununla belə, onların Ağ Evdən reklam kimi istifadə etdiyini söyləyənlər də az deyil.

Belə ki, İvanka atasının otellərindən 3,9 milyon dollar, şəxsi brendindən 5 milyon dollar, onun həyat yoldaşı isə ailə şirkətinin aldığı ərazidən 5 milyon dollar qazanıb. Cütlüyün gəlirinin yarıdan çoxunun mənbəyi isə məlum deyil.

Xatırladaq ki, İvanka və həyat yoldaşı Ağ Evdə prezidentin şəxsi məsləhətçisi olaraq fəaliyyət göstərir.

www.yenicag.az

2041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv