!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın “Qlobal oyun qaydaları”na zərbə: Avropa ilə Çin əks-həmləyə keçir

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) və Çin ABŞ-ın maliyyə hegemonluğuna son qoymaq üçün səyləri birləşdirirlər.

ABŞ noyabr ayında İrana qarşı tətbiq etdiyi sanksiyaları xeyli sərtləşdirdi. Bu tədbirlər dünya ictimaiyyətinə onsuz da məlum olan məqama bird aha aydınlıq gətirdi: Beynəlxalq maliyyə durumu gərginləşəndə, Vaşinqton başqa ölkələri onun qoyduğu qaydalara riayət etməyi çağırır. Avropa İttifaqının (Aİ) bəzi aparıcı ölkələri ABŞ-ın maliyyə hegemonluğundan xilas olmağa cəhd göstərsələr də, onların bu səyləri nəticəsiz qalacaq. Bununla belə, Aİ ölkələrinin deyilən istiqamətdə apardıqları fəaliyyət geniş olmasa da, ABŞ-ın maliyyə gücünü nisbətən zəiflədir və Birləşmiş Ştatların sanksiya siyasətini risk altına salır.

ABŞ prezidenti Donald Tramp İranla 2015-ci ildə imzalanmış nüvə anlaşmasını ləğv etdikdən sontra İslam Respublikasına qarşı sanksiyaları sərtləşdirmək siyasəti hələ ki gözlənilən nəticəni vermir. Tehranla münasibətləri qoruyan ölkələrin şirkətləri də öz hökumətlərinin siyasətlərinə tabe oldular. Aİ ölkələri bir müddət əvvəl öz şirkətlərinin ABŞ-ın sanksiyalarına tabe olmalarının yolverilməz olduğunu bildirsələr də, Avropa şirkətlərinin İranı tərk etmək tendensiyasının artdığı müşahidə olunur. Eyni zamanda, bu prosesdə ABŞ-ın tətbiq etdiyi qaydaların sərt olduğu nəzərə çarpır.

Fransanın enerji nəhəngi “Total” şirkəti bu ilin yayında İranda fəaliyyətini dayandırmaq barədə qərar verdikdn sonra özünün açıq hesabatını təqdim edib. Birləşmiş Ştatlar bankları “Total”ın İranda yerinə yetirəcəyi əməliyyatların 90 faizini maliyyələşdirib. Bundan əlavə, Amerika səhmdarları “Total”ın akiyalarının 30 faizinə yiyələniblər. “Total” şirkəti mətbuat üçün açıqlama yayaraq, “özünün hər hansı ikinci sanksiyalara məruz qalmayacağını” bildirib. Eynilə bu ayın əvvəlində İslam Respublikasına qarşı tətbiq edilən sanksiyalara görə İran banklarının Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlərin Keçirilməsi Sistemi (SWIFT) üzrə fəaliyyətinə xitam verildi. SWIFT həmin qərara görə təəssüfünü bildirsə də, qurum bu addımı “sabitliyin və böyük qlobal maliyyə sistemi bütövlüyünün qorunması” ilə əlaqələndirib.

ABŞ-ın İrana qatrşı sanksiyaları dəstəkləmək məcburiyyətində qalan Çin, Yaponiya, Cənubi Koreya və Hindistan özlərinin perspektiv üçün fəaliyyət prinsiplərini hazırlayırlar. Bu vəziyyətdə Avropa Kommissiyasının prezidenti Jan Klod Yunker (Jean-Claude Junker) bildirib ki, ABŞ-ın maliyyə asılılığını azaltmaq üçün avronun qlobal valyuta status gücləndirilməlidir. Bundan əlavə, Aİ formalaşdırılmış barter sisteminə əsaslanan xüsusi məqsədli hesablaşma vasitəsinin İranla ticarət əlaqələrinin asanlaşdıracağını bildirib. Jan Klod Junker həmin hesablaşma vasitəsi əsasında İrana bir sıra yeni iqtisadi imkanlar təklif edir. Qeyd olunan təkliflər İranın nüvə anlaşmasına sadiqliyini ggücləndirə bilər.

Bir sıra ölkələrin ABŞ-ın hegemonluq etdiyi qlobal maliyyə sistemindən uzaqlaşmaq istədiyi heç kəsə sir deyil. 2008-ci ildə yaşanan qlobal maliyyə böhranından əvvəl Fransa prezidenti Nikola Sarkozi hökumətinin nazirləri və Çin Xalq Bankının rəhbəri Jou Xiaoçuan ABŞ rəhbərliyinin nəzarətində olmayan maliyyə sisteminin yaradılmasının vacibliyini bəyan etmişdilər. Lakin bu çağırışlara baxmayaraq, Birləşmiş Ştatlar qlobal maliyyə sistemində özünün aparıcı rolunu daha da gücləndirdi.

Bu gün də ara-sıra dilə gətirilən həmin çağırışlar ABŞ-ın artan maliyyə qüdrətini zəiflədə bilməyəcək. Konkret desək, ABŞ-ın qlobal maliyyə hegemonluğunun zəiflədilməsinə yönələn cəhdlər Aİ-nin istədiyi kimi nəticələnməyəcək.

Məsələn, London şəhəri maliyyə iflasından sonra biznesi genişləndirmək planı çərçivəsində Çinin maliyyə əməliyyatlarını stimullaşdırmağa can ataraq, özünü Pekinin tərəfdaşı kimi təqdim edir. Ceremi Qrin (Jeremy Green) “Siyasət və Beynəlxalq Münasibətlər üzrə Britaniya Dərgi”sində (British Journal of Politics and International Relations) dərc etdirdiyi məqalədə Böyük Britaniyanln 2010-cu ildən sonra Asiyada öz yeni biznes imkanları yaratmağa dair cəhdlərini əsaslandırmağa çalışıb. London 2012-ci ildə “RMB təşəbbüsü”nə start verərək, özünün Pekinlə əlaqələrini gücləndirməyə və Çin müştəriləri üçün sabit bazar şəraiti yaratmağa başladı. Britaniya hökuməti bu təşəbbüsü dəstəkləyərək, şərqə doğru maliyyə bazarlarında fəaliyyəti tğnzimləmək üçün addımlar atır.

Böyük Britaniya həmçinin Rusiya ilə də maliyyə əlaqələri qurmağın mümkünlüyünü nəzərdən keçirirdi. 2014-cü ildə Ukrayna böhranı dərinləşən ərəfədə fotoqraflar qısa məzmunlu qeyri-rəsmi məktublar aşkar ediblər. Həmin məktublarda Britaniya kökumətinin ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxması əks olunmuşdu. Məktublarda qeya olunurdu ki, Britaniya hökuməti həmino sanksiyalara qoşularsa, o halda İngiltərənin Rusiyada qurduğu işlər sıradan çıxa bilər.

Çin və Rusiyanən sanksiyalara görə Londonla Vaşinqton arasında artan narazılıqdan öz məqsədləri üçün istifadə etmək imkanını gözlədikləri sirr deyil. Artıq Pekin Vaşinqtonun iqtisadi təhdidlərinə ciddi yanaşmır və İran neftinin idxalından imtina etməyəcəyini bildirir. Maliyyə münasibətlərində mövcud olan bəzi nüanslara görə Çin Vaşinqtonun planlarının əleyhinə çıxa bilməz. Əgər Pekin əsas maliyyə xidmətlərinə yiyələnən Londonla sıx birləşərək, ABŞ-a qarşı birgə müqavimət göstərsələr, onda bu proses Birləşmiş Ştatlrın tətbiq etdiyi sanksiyalar doktrinasına ciddi zərər vuracaq.

Elizabet Rozenberq (Elizabeth Rosenberg) və
Edourdo Sarerevell (Eduardo Saravalle)
“Foreign policy”

www.yenicag.az

8473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv