!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın rahib Branson sevgisinin pərdəarxası - İngilis mətbuatı yazdı

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın 20 ildən bəri Türkiyədə yaşayan rahib Branson ilə bağlı etdiyi hərəkətlər bütün dünyada heyrətlə qarşılanır. Həbs olunana qədər varlığından belə xəbərsiz olduğu rahib niyə birdən-birə qiymətə mindi? Tramp nə üçün tvitlər atıb, qızının belə çox sevdiyi Ərdoğana qarşı ən ağır təhdidlərə əl atır?

İngilis “Financial Times” qəzeti Trampın Branson sevgisinin pərdəarxasını yazdı. Yenicag.az xəbər verir ki, qəzetin iddiasına görə, səbəb 8 noyabrda ABŞ Konqressinə keçiriləcək ara seçkilərlə bağlıdır. Konqressdə demokratlar üzərində qələbə çalmaq üçün Tramp yevangelistlərin dəstəyini qazanmaq istəyir. Bu səbəbdən də, yevangelist rahib Bransonun o tarixə qədər azadlığa çıxmasını istəyir. Türkiyə cinayətləri təsdiqlənmiş rahibi buraxmadığı üçün Tramp daha da coşur və müttəfiqini iqtisadi terrorla hədələyir.

Yevangelistlərin də Trampın bu addımlarından məmnun qaldıqları bildirlir. ABŞ prezidenti yevangelistlərin dəstəyini qazanmaq üçün başqa addımlar da atıb. Məsələn, xarici işlər naziri postunu onlardan olan Mike Pompeoya həvalə edib.

www.yenicag.az

7585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv