!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın Rusiya sevdası tükənmir: “Putin Trampı “qarmağa” keçirib” - İddia  

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətindən əl çəkmir.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Donald Tramp Finlandiyalı həmkarı Sauli Niinistyö ilə görüşdən sonra keçirilən brifinqdə Rusiya ilə münasibətlər haqqında da danışıb.

Tramp öz ənənəsinə sadiq qalaraq, Rusiya ilə “dil tapmağın” zəruriliyini qeyd edib:

“Ümidvaram ki, Rusiya ilə münasibətlərimiz yaxşı olacaq. Mən bunu illərdir ki, ucadan bəyan edirəm. Bu, çox vacibdir və ümid edirəm ki, münasibətlər nə vaxtsa yaxşılaşacaq.

Rusiya böyük ölkədir, nüvə dövlətidir, onunla dil tapmalıyıq. Fikrimcə, əvvəl-axır Rusiya ilə məsələləri yoluna qoyacağıq”.

Göründüyü kimi, Tramp prezident seçkilərindən əvvəl də dəfələrlə bəyan etdiyi kimi, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətindən geri çəkilməyib.

ABŞ prezidenti ara-sıra Rusiyaya qarşı sərt xəttin tərəfdarı kimi çıxış etsə də, reallıqda bu ölkə ilə yaxınlaşmağın vacibliyini hər fürsətdə dilə gətirir.

Onun Rusiyaya yönələn son jesti isə Trampın Rusiya qarşısında müəyyən öhdəliklərinin olmasına dair iddiaların ciddiliyini artırıb.

Bu barədə Yenicag.az-a danışan politoloq Hikmət Hacızadənin fikrincə, Trampın Rusiyaya istiqamətlənmiş reveranslarının arxasında müəyyən dövlət maraqlarının dayanması istisna deyil. Onun fikrincə, bu məqama baxmayaraq, ABŞ-da Rusiya ilə gərginliyin davam etdirilməsini istəyən dairələr də kifayət qədər güclüdür:

hikmet
Hikmət Hacızadə

“Trampın Rusiyaya münasibətdə belə yumuşaq davranmasının bir sıra səbəbləri ola bilər. Əslində, Tramp hələ prezident seçilməzdən əvvəl də Rusiya ilə dostluğun vacibliyindən danışırdı. Bildirirdi ki, Putinlə dostluq şəraitində qlobal problemləri aradan qaldıracaq.

Onun indi də Rusiyaya qarşı belə yumuşaq danışması hər halda boş yerə deyil. Mənə belə gəlir ki, Tramp administrasiyası qlobal miqyasda İran və Şimali Koreya ilə məsələləri həll etmədən, Rusiya ilə düşmən olmaq istəmir. Onların hesabına görə, İran və Şimali Koreyanı ram etdikdən sonra Rusiya ilə rahat mübarizə aparmaq olar.

Burada başqa ehtimallar da var. Bildiyiniz kimi, Trampın Rusiyada iri yatırımları olmaqla yanaşı, həm də Putinlə şəxsi dostluq münasibətləri var. Mümkündür ki, Putin Tramp əleyhinə ciddi kompromatlar toplayıb və bu da ABŞ prezidentini qorxudur. Yəni Putin Trampı “qarmağa” keçirmiş ola bilər. Əlbəttə, bu, bir mülahizədir.

Ancaq ABŞ hakimiyyəti Kremlə münasibətdə monolit deyil və Rusiyanı sərt şəkildə cəzalandırmağı tələb edən güclü siyasi dairələr mövcuddur. Eyni zamanda, ABŞ-ın daxili və xarici siyasətinə həlledici təsir göstərə bilən biznes dairələri və Nyu-York birjası kimi nəhəng “oyunçu” var.

Burada çox mürəkkəb bir konfiqurasiyadan söhbət gedir. Hər halda, Trampın komandasından istefa vermiş şəxslərə qarşı təhqiqatların davam etdirilməsi Trampın vəziyyətinin sadə olmadığını göstərir. ABŞ prezidenti ciddi təzyiq altındadır və onun bu vəziyyətdən necə çıxacağı çox maraqlıdır”.

A.Zeynalov
Yenicag.az

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv