“Trampın siyasəti ona böyük maneələr yaradacaq” – Kristofer Bosso

“Bu dəfə Trampın siyasəti və partiya daxilindəki fikir ayrılıqları ona böyük maneələr yaradacaq”.

Yenicag.az- xəbər verir ki, bunu ABŞ-nin yenidən prezidenti seçilən prezidenti Donald Trampın qarşısında duran həll olunmalı məsələlərdən danışan siyasi şərhçi Kristofer Bosso deyib.

Onun sözlərinə görə, yanvar ayında vəzifəyə başlayacaq prezident Donald Trampın rəhbərliyi ilə respublikaçılar Konqresin hər iki palatasında çoxluğa sahib olacaq.

“Bu, onun qarşısında duran məsələlərin həyata keçirilməsində asanlıq yaradacaq. Lakin onu, xüsusən immiqrasiya ilə bağlı böyük çətinliklər gözləyir”, – deyə o, söyləyib.

“Birləşmiş Ştatların Northeastern Universitetinin ekspertləri isə deyirlər ki, immiqrasiya Trampın əsas prioritetlərindən biri olacaq. Belə ki, Tramp 2024-cü il prezidentlik kampaniyasının mərkəzinə immiqrasiya məsələlərini qoymuşdu və siyasi ekspertlər onun prezidentliyə başladığı gündən sərhəd siyasəti ilə bağlı hərəkətə keçəcəyini gözləyirlər. Lakin, onların fikrincə, immiqrasiya sahəsində sistemli islahatların keçirilməsi çox çətin olacaq”, – analitik söyləyib.

“Amerikada sonuncu dəfə vahid hökumət 2017-ci ildə Trampın ilk dövründə yaranıb və bu müddət ərzində bir sıra qanunlar, o cümlədən Əlverişli Baxım Aktı qəbul edilib. Lakin bu dəfə Trampın siyasəti və partiya daxilindəki fikir ayrılıqları böyük maneələr yaradacaq. Bundan başqa, Trampın səhiyyə sahəsində yenidən Əlverişli Baxım Aktına qarşı addımlar atacağı da gözlənilir. Bu qanunun geniş dəstəyini nəzərə alaraq, respublikaçıların bu məsələdə ehtiyatlı davranması lazım olacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29