Trampın son bəyanatları dolları zəiflətdi

Birləşmiş Ştatlar Prezidenti Donald Trampın Federal Ehtiyatlar Sisteminin maliyyə siyasəti ilə bağlı bəyanatlarından sonra avqustun 21-də ABŞ dollarının məzənnəsi dünyanın əsas pul vahidlərinə münasibətdə enməyə başlayıb.

Yenicag.az xəbər verir ki, səhər saatlarında avro dollarla müqayisədə ötən günə (1,1482) nisbətən möhkəmlənərək 1,1529 dollar təşkil edib.

Bundan əlavə, ABŞ dollarının indeksi ölkənin 6 əsas ticarət tərəfdaşının valyuta səbətinə nisbətdə 0,42 faiz azalaraq 95,5 bəndə qədər enib./Trend/