Trampın SON İMZASI: Bayden hansı sürprizlə üzləşəcək?

Hakimiyyətdə olduğu 4 il müddətində qəribə davranışları və fərqli siyasi yanaşması ilə gündəmdən düşməyən Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp vəzifəsindən getməsinə 2 gün qalmış yenə diqqət mərkəzinə düşüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Trampın yanvarın 20-də postunu tərk etməmişdən öncə 100-dən çox əfv və cəza endirimini nəzərdə tutan qərar imzalayacağı gözlənilir.

Ağ Evdəki mənbələrin məlumatına əsasən, Tramp özü üçün xüsusi əfv fərman imzalamaq istəsə də, yaxın ətrafı onu bu fikrindən daşındırıb.

Qeyd edək ki, yanvarın 20-də ABŞ-nin yeni prezidenti Co Baydenin andiçmə mərasimi keçiriləcək. Tramp inauqurasiya mərasiminə qatılmayacaq.