Trampın “vida öpüşü”

ABŞ prezidenti Donald Tramp yenidən standartlara sığmayan davranışı ilə gündəmə gəlib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin rabitə direktoru Xoup Xiks vəzifəsindən istefa verib. Dünən rəsmi şəkildə Ağ Evi tərk edən cazibədar direktor vida zamanı prezidentin qeyri-adi hərəkətinə məruz qalıb. Belə ki, Tramp Xiksi öpmək istəyib. Media nümayəndələrinin gözü qarşısında baş verən bu hadisə mətbuatda böyük rezonans doğurub.

Qeyd edək ki, 29 yaşlı Xiks əvvəllər model kimi fəaliyyət göstərib. Seçki kampaniyası zamanı Trampın komandasına qatılıb və rabitə direktoru vəzifəsinə qədər yüksəlib. Bir müddət əvvəl Xiks və Tramp arasında romantik münasibət yarandığı barədə məlumatlar yayılmış, Melanianın gözəl direktor ucbatından əri ilə küsülü olduğu barədə xəbərlər yayılıb.