Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Trampın yeni hoqqası: ABŞ prezidenti ölkəsinin hərbi cinayətlərini necə gizləyəcək?

ABŞ hakimiyyəti ölkənin Əfqanıstanda törətdiyi mümküm hərbi cinayətləri araşdıran Beynəlxalq Tribunalın baş prokuroru Fatu Bensudanın vizasını ləğv edib.

Yenicag.az odatv.com.tr-yə istinadən xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Tribunalın Niderlandın Den Haaq şəhərində yerləşən baş ofisindən yayılıb.

Məlumata görə, Beynəlxalq Tribunalın rəhbərliyi vizasının ləğv olunmasına baxmayaraq, Bensudanın heç kimdən və heç nədən çəkinmədən araşdırmalarını davam etdirəcəyini bildirib.

Qeyd olunur ki, Qambiya vətəndaşı olan Bensuma 2017-ci ildən etibarən, Əfqanıstanda baş verən hərbi toqquşmalarda iştirak edən bütün tərəflərin hərbi cinayətlərinə dair ittihamları araşdırır. O, ABŞ əsgərlərinin hərbi əsirlərə qarşı işgəncə ittihamlarını da təhqiq edir.

Beynəlxalq Tribunal Əfqanıstanda törədilən hərbi cinayətlərə dair təqdim olunan faktları araşdırsa da, bu barədə hələlik heç bir qərar qəbul etməyib.

www.yenicag.az

2333
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM