!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın yeni miqrasiya fərmanında bu ölkənin adı olmayacaq

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın miqrasiya ilə bağlı imzalayacağı yeni fərman İraq vətəndaşlarına şamil edilməyəcək.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, Ağ Ev Dövlət Departamenti və Pentaqonun təzyiqi ilə bu qərara gəlib. Məlumata əsasən terrorçuluğa qarşı mübarizədə İraq aparıcı rol oynadığı üçün bu ölkənin vətəndaşlarına qoyulmuş qadağa aradan qaldırılacaq.

Bununla belə, digər altı ölkə – İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a 90 gün müddətində səfərlərinə qadağa qüvvədə qalacaq.

Yeni fərman öz ölkələrində təqib olunan dini azlıqlar kateqoriyasına aid vətəndaşların ABŞ-da sığınacaq almaqda üstünlüyə malik olmasını nəzərdə tutmur.

Qeyd edək ki, yanvarın 27-də Donald Tramp immiqrasiya siyasətini sərtləşdirməklə bağlı müvafiq fərman imzalayıb. Bu fərman əhalisinin əksəriyyəti müsəlman olan 7 ölkə vətəndaşlarına şamil edilib. Bununla belə, məhkəmə fərmanın icrasının dayandırılması ilə bağlı qərar verib.

Yeniçağ.az

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv