“Ukrayna ABŞ-ni oyundan çıxaracaq”.
Bu fikri Rusiya Ukrayna müharibəsinin gedişi, ABŞ-nin tutduğu xətt və gözlənənləri Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, hazırda ABŞ daxilində gərgin vəziyyət hökm sürür:
“Ukrayna ABŞ-ni oyundan çıxaracaq. Onsuzda ABŞ-nin Ukraynaya silah verilməsi dayandırılıb. Faydalı qazıntı yataqları haqqında formal bir sənəd imzalanacaq. Tramp deyir ki, Zelenski hakimiyyətdən getməlidir. Tramp nə beynəlxalq hüquq normalarına, nə münasibətlərə məhəl qoyur. Onun üçün yazılmış heç bir qanun yoxdur”.
Q. Hüseynli əlavə edib ki, ABŞ-nin özündə də ciddi problemlər var:
“ABŞ Kanadadan gələn məhsulların gömrük rüsumunu artırdı. Kanada da ABŞ-yə eyni cür rüsum tətbiq etdi. ABŞ-nin bütün kənd təsərrüfatı işçiləri əkin-biçin üçün texnikaları Kanadadan alırdılar. Rüsumların artımından sonra ABŞ-də kənd təsərüffatı işçiləri ağır vəziyyətə düşüb. Eyni şeyləri Meksika haqqında da demək olar. ABŞ-də həddindən artıq gərgin vəziyyət yaranıb. Çin ABŞ ilə dollarla ticarət etməyəcək. Bir neçə dövlət də eyni addımı atır. Əgər dünyada hakim valyuta dollar idisə, artıq dollar ABŞ-nin daxili valyutasına çevriləcək. Tramp ABŞ-ni məhvə aparır”.
Səxavət Məmməd