!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampla Kim Çen İn sənəd imzaladı - DETALLAR

!Reklam – Yazi

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn razılığa gəliblər.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki,  prezidentlər sənədlər imzalayıb.

Tramp və Kim Çen İn arasında görüşün yekunlarına dair imzalanmış sənədə əsasən KXDR Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlik götürüb. Sənəddə həmçinin tərəflərin bundan sonrakı ABŞ-Şimali Koreya münasibətlərinin inkişafı məsələsi ilə bağlı geniş fikir mübadiləsini davam etdirmələri əks olunub.

Kim və Tramp 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölmüş amerikalı hərbçilərin qalıqlarının axtarılması barədə də razılığa gəliblər.

“Olduqca əhatəli bir sənəd imzaladıq”, deyən  Tramp Şimali Koreya lideri ilə bu görüşü tarixi adlandırıb:

“Keçmişi keçmişdə buraxmağa qərar verdik. Dünya böyük bir dəyişikliyə şahidlik edəcək”.

 

 

www.yenicag.az

3211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv