!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampla Putin arasında növbəti görüşün vaxtı açıqlandı

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasındakı növbəti görüşün vaxtı müəyyənləşib.

Yenicag.az-ın məlumatına görə, Tramp güman edir ki, Putinlə növbəti görüşü Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair araşdırma başa çatdıqdan sonra, 2019-cu ildə baş tuta bilər. Bunu ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan edib.

“Razılaşdıq ki, prezident Putin ilə növbəti ikitərəfli görüş prokuror Müllerin araşdırması başa çatdıqdan sonra, yəni gələn ilin yanvarın 1-dən sonra gerçəkləşsin”, deyə C.Bolton bildirib.

Qeyd edək ki, iyulun 19-da D.Tramp Con Boltona Rusiya prezidentini Vaşinqtona dəvət etməyi tapşırıb.

www.yenicag.az

5359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv