Trampla Putin arasında telefon danışığı oldu

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin “New York Post” tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.

“Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, – nəşr yazır.

“Mən susmağı üstün tuturam”, – nəşr onun sözlərindən sitat gətirib.

Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb./Report/