Trampla Putinin danışacağı tarix məlum olub

ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin telefon danışığının aparılacağı vaxt məlum olub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, telefon danışığı yanvarın 28-də baş tutacaq.

Tramp cümə axşamı “Fox News” telekanalına verdiyi müsahibəsində tez bir zamanda Rusiya dövlətinin lideri ilə danışacağını bildirmişdi: “Mən qələbə qazananda o mənə zəng vurdu. Biz hələ söhbət etməmişik. Lakin başa düşdüyüm qədərilə, tezliklə danışacağıq.”

Həmin müsahibədə Tramp ABŞ və Rusiya arasındakı münasibətlərin yaxşılaşmasının hər iki ölkənin xeyrinə olacağını vurğulamışdı: “Mən Putini tanımıram. Lakin əgər biz Rusiya ilə münasibətləri nizama salsaq, bu möhtəşəm olar. Bu Rusiya üçün də, bizim üçün də yaxşıdır. Biz birlikdə İŞİD-i məhv edəcəyik.”

Yenicag.az