Tramvayla avtomobil toqquşdu

tramvay-yolunda-feci-kaza--5678450Türkiyədə dəhşətli yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, qırmızı işıqdan keçən avtomobil tramvayla toqquşub. Nəticədə 3 nəfərin olduğu avtomobil iki yerə bölünüb.

Ətrafdakılar köməyə gəlsələr də, avtomobildə sıxışıb qalan şəxsləri çıxara bilməyiblər. Hadisə yerinə dərhal aidiyyatı qurumlar çağırılıb. Yaralılar xəstəxanaya çatdırılıb.