Transformatorda yanan sevgililərlə bağlı YENİ XƏBƏR

377447Bir neçə gün əvvəl gecə saatlarında Nəsimi rayonunda transformator məntəqəsinin içində elektrik cərəyanı vuran gənc oğlanla qızın müalicəsi davam etdirilir.

Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən 20 yaşlı Fəqan Fərzəliyevin səhhətində irəliləyiş yoxdur. Həkimlər onun durumunu kritik qiymətləndirirlər və yaşamaq şansının günbəgün azaldığını bildirirlər.

Respublika Yanıq Mərkəzinə yerləşdirilən 18 yaşlı qızın həyati təhlükəsi yoxdur. Lakin gənc qızın bədəninin görünən hissələrində, xüsusilə üz nahiyəsində ciddi fəsadlar var. Hazırda palatada müalicəsi davam etdirilən qız uzunmüddətli müalicə prosesindən keçməli və daha sonra bir neçə plastik əməliyyat etdirməlidir.

Yenicag.az