“Traviata” operası növbəti dəfə nümayiş olundu – FOTOLAR

Mayın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçirilib.

Yenicag.ru xəbər verir ki, fransız yazıçısı Aleksandr Dümanın “Kameliyalı qadın” dramından uyğunlaşdırılan operanın librettosunun müəllifi Françesko Piavedir.

3 saatlıq tamaşanın dirijoru Xalq artisti Ramiz Məlikaslanov, quruluşçu rejissoru isə Cənnət Səlimovadır.

Səhnə əsərində Vialetta rolunu Əməkdar artist İnarə Babayeva, Alfredo rolunu isə Əməkdar artist Ramil Qasımov ifa ediblər.

Tamaşadan fotoları tamaşadan fotoları təqdim edirik:

Foto: Rüstəm Qasımov

Tamaşanın məzmunu ilə bağlı daha ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz.