Tribunalarda Azərbaycan və Türkiyə bayraqları – FOTO

Bu gün “Qarabağ”la “Qalatasaray”ın xeyriyyə matçı keçirəcəyi Bakı Olimpiya Stadionu Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilir.

Yenicag.az Qol.az-a istinadən xəbər verir ki, hər oturacağa Azərbaycan və Türkiyənin bayraqları qoyulacaq.

Xatırladaq ki, saat 20:00-da başlayacaq matçdan əldə olunacaq bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə ayrılacaq.