TRT 20 Yanvar faciəsinin ildönümü canlı yayımlayacaq

1453113044_thumb_20141108071451281TRT Bakı Təmsilçiliyi ənənəsinə sadıq qalaraq 20 Yanvar faciəsinin 26 il dönümünü TRT kanalları vasitəsilə xəbər, proqram və klip şəklində dünyaya çatdıracaq.

“TRT Bakı Təmsilçiliyi AzTV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn gününü canlı yayımlarla Şəhidlər Xiyabanından həyata keçirəcək”.

Canlı yayımda o gecənin şahidləri ilə yanaşı, Yeni Azərbaycan qazetinin baş redaktoru Hikmət Babaoğlu, İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsi Beynəlxalq əlaqələr kafedrasinin müəllimi Nazim Cafersoy və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər. “TRT Avaz” 20 Yanvar ümumxalq hüzün gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcək. 20 Yanvar hüzn gününə həsr olunmuş proqram, xəbər və canlı bağlantılar “TRT Haber”, “TRT Avaz” və “TRT Türk” kanallarında yayımlanacaq.(veteninfo)